Görüntü xəritəsi
Görüntü xəritəsi- (en. image map ~ ru. карта изображений ~ tr. görüntü haritası) – HTML dilində: görüntü ilə bağlı olan və çıqqıldadıldıqda müəyyən URL ünvanına keçmək üçün xüsusi sahələri (aktiv zonaları) olan qrafik obyekt. Görüntü xəritəsindən istifadə olunması bir neçə istinadın bir görüntüdə saxlanmasına, eləcə də istənilən formalı istinad sahələri yaratmağa imkan verir.
Aşağıda verilmiş kod görüntü xəritəsi yaradır və onu konkret görüntü ilə əlaqələndirir:
<HTML>
<BODY>
<IMG width="500" height="200" usemap="#somemap" src="Figures.png">
<MAP name="somemap">
<AREA shape="rect" coords="6, 7, 140, 196" href="Düzbucaqlı">
<AREA shape="circle" coords="239, 98, 92" href="Dairə">
<AREA shape="polygon" coords="386,16, 344,56, 350,189, 385,132,
489,190, 496,74" href="Çoxbucaqlı">
</MAP>
</BODY>
</HTML>
Nəticədə aşağıdakı aşağıdakı fiqur təsvirlərinin üzərində aktiv zonalar alınır:
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.